Xəyyam Orucov beynəlxalq dərəcəli hakim adına layiq görüldü
Azərbaycan İdman Akademiyasının Fərdi idman növləri kafedrasının baş müəllimi Xəyyam Orucov Dünya Güləş Birliyi (UWW) tərəfindən ənənəvi güləş növləri üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülüb.
"Mediasport" xəbər verir ki, Xəyyam Orucov ardıcıl olaraq iki dünya çempionatında hakimlik etməklə etimadı doğruldub.
O, 15–16 avqust 2026-cı il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən Karakucaq güləşi üzrə dünya çempionatında, daha sonra isə 22–23 avqust 2026-cı il tarixlərində Bakıda təşkil olunan Qazaq güləşi üzrə dünya çempionatında iş başında olub.


