Milli komandamız 6 medalla 3-cü yeri tutdu - Avropa çempionatı
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, sonuncu gündə 5 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
Ümumilikdə, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında qitə birinciliyində mübarizə aparan sərbəst güləş üzrə millimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Yusif Abdullayev (38 kq) və Elvin Necəfzadə (85 kq) qitə çempionu olub. Elman İsmayılov (41 kq) və Adəm Quliyev (52 kq) gümüş mükafat əldə edib. Məhəmməd Kərimov (44 kq) və Yusif Hüseynov (62 kq) isə üçüncü olub.
Yekunda 122 xal toplayan kollektiv komanda hesabında Rusiya (167) və Gürcüstandan (165) sonra üçüncü yeri tutub.
Millimiz medalların əyarına görə isə yalnız Rusiyadan geri qalıb.


