"Qarabağ" həmişə mənim bir parçam olacaq" - Marko Veşoviç

"Qarabağ" həmişə mənim bir parçam olacaq" - Marko Veşoviç

"Bu anlar ürəyimdə əbədi qalacaq. Premyer Liqada titullar, avrokuboklarda yaxşı nəticələr əldə etdik".

"Mediasport" xəbər verir ki, bu fikirlər "Qarabağ"dan ayrılan Marko Veşoviçə məxsusdur.

Monteneqrolu sosial şəbəkə hesabında vida mesajı paylaşıb:

"Unudulmaz dörd il... İlk günlərdən azarkeşlərin dəstəyini hiss edirdim. Bunu heç vaxt unutmayağacam. "Qarabağ" həmişə mənim bir parçam olacaq. Yeni bir səhifə açmaq vaxtıdır. Amma getdiyim yerdə sizi də özümlə aparacağam. Bütün qəlbimlə təşəkkür edirəm".

Qeyd edək ki, Veşoviç 2021-ci ildən çıxış etdiyi "Qarabağ"da 134 oyun keçirib.