Azərbaycana qayıdan millimizin sabiq futbolçusu debütdə hakimi söyərək meydandan qovuldu

2010-2018-ci illərdə Azərbaycanın U-21 və əsas yığmalarında forma geyinmiş Ruslan Qurbanov 2-ci Liqa təmsilçisi "Hypers Quba"nın heyətində uğursuz debüt edib.
"Mediasport" xəbər verir ki, millilərimizdə 32 oyuna cəmi 2 qol vurmuş 34 yaşlı hücumçu "Şəmkir"lə görüşdə meydandan qovulub.
O, 38-ci dəqiqədə baş hakim Emin Əliyevi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Komandasını debütdə pis vəziyyətdə buraxan Qurbanov iddialı "Hypers Quba"nın doğma meydanda ortabab rəqibə məğlubiyyətinə səbəb olub - 1:2.
Qeyd edək ki, forvard "Neftçi", "Qəbələ", "Səbail", "Keşlə" (indiki "Şamaxı") və "Zirə"də oynadığı zaman da intizamsızlığı ilə yadda qalıb.