Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi təyin edildi - RƏSMİ

Futbol üzrə İtaliya A milli komandasının baş məşqçisi məlum olub.
"Mediasport" xəbər verir ki, yığmanı dünya çempionu Cennaro Qattuzo çalışdıracaq.
Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Son iş yeri Xorvatiyada "Hayduk" olmuş mütəxəssis Luçano Spalettini əvəz edəcək.
Müqavilənin detalları açıqlanmayıb.
Xatırladaq ki, 2000-2010-cu illərdə "skuadra azzura"nın formasını geyinmiş 48 yaşlı çalışdırıcı 2006-cı ildə Dünya Kubokunu qazanıb.