Hidayət, Kamran və Südabə tatamiyə çıxır - "Böyük Dəbilqə"
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 təmsilçisi xalça üzərinə çıxacaq.
Olimpiya çempionu Hidayət Heydərov (73 kq), Kamran Süleymanov (73 kq) və Südabə Ağayevə (70 kq) mübarizə aparacaq.
Xatırladaq ki, ötən gün Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl medal qazanıblar, Rəşad Yelkiyev (66 kq) bürünc mükafatçı olub.

