Klublararası dünya çempionatı - Tarixdə ilk dəfə 32 komanda ilə

Klublararası dünya çempionatı - Tarixdə ilk dəfə 32 komanda ilə

İyunun 15-dən iyulun 13-dək ABŞ-də təşkil olunacaq FİFA Klublarası dünya çempionatının açılış matçının başlanma saatı dəqiqləşib.

"Mediasport" xəbər verir ki, Mayami Qardensdəki “Hard Rock” stadionunda baş tutacaq “Əl Əhli” (Misir) - “İnter Mayami” (ABŞ) qarşılaşması Bakı vaxtilə saat 04:00-da start götürəcək.

Qeyd edək ki, yarış tarixində ilk dəfə 32 komandanın iştirakı ilə təşkil olunacaq.

Mundialda Avropa qitəsindən (UEFA) 12, Cənubi Amerikadan (CONMEBOL) 6, Şimali və Mərkəzi Amerikadan (CONCACAF) 4 klub, Afrika (CAF) və Asiyadan (AFC) isə hərəyə 4 klub iştirak edəcək.


Klublararası dünya çempionatı


A qrupu

“Palmeyras” (Braziliya) 

“Portu” (Portuqaliya)

“Əl Əhli” (Misir)

“İnter Mayami” (ABŞ)


B qrupu

PSJ (Fransa)

“Atletiko” (İspaniya)

“Botofaqo” (Braziliya)

"Syetl Saunders" (ABŞ)


C qrupu

“Bayern” (Almaniya)

“Oklənd Siti” (Avstraliya)

“Boka Xunyors” (Argentina)

“Benfika” (Portuqaliya)


D qrupu

“Flamenqu” (Braziliya)

“Esperansa” (Tunis)

“Çelsi” (İngiltərə)

“Leon” (Meksika)


E qrupu

“River Pleyt” (Argentina)

“Urava Red Daymonds” (Yaponiya)

“Monterrey” (Meksika)

“İnter” (İtaliya)


F qrupu

“Fluminense” (Braziliya)

“Borussiya” (Dortmund, Almaniya)

“Ulsan” (Cənubi Koreya)

“Mamelodi Sandauns” (CAR)


G qrupu

“Mançester Siti” (İngiltərə)

“Vidad” (Malayziya)

“Əl Əyn” (BƏƏ)

“Yuventus” (İtaliya)


H qrupu

“Real” (Madrid, İspaniya)

“Əl Hilal” (Səudiyyə Ərəbistanı)

“Paçuka” (Meksika)

“Zalsburq” (Avstriya)