Daha bir milli komanda dünya çempionatı üçün heyətini açıqladı
Şotlandiya millisinin DÇ-2026 üçün 26 nəfərlik ilkin heyəti açıqlanıb.
Stiv Klarkın baş məşqçisi olduğu komanda C qrupunda Braziliya, Mərakeş və Haiti ilə üz-üzə gələcək.
Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Qapıçılar: Kreyq Qordon ("Harts"), Anqus Qann ("Nottingem Forest"), Liam Kelli ("Reyncers").
Müdafiəçilər: Qrant Henli ("Hibernian"), Cek Hendri ("Əl İttifaq"), Aaron Hikki ("Brentford"), Dominik Hayam ("Reksem"), Skott Makenna ("Dinamo", Zaqreb), Natan Patterson ("Everton"), Entoni Ralston ("Seltik"), Endi Robertson ("Liverpul"), Con Suttar ("Reyncers"), Kiran Tirni ("Seltik").
Yarımmüdafiəçilər: Rayan Kristi ("Bornmut"), Findli Körtis ("Kilmarnok"), Lyuis Ferqyuson ("Bolonya"), Ben Douk ("Bornmut"), Billi Gilmor ("Napoli"), Con Makginn ("Aston Villa"), Kenni Maklin ("Norviç Siti"), Skott Maktominey ("Napoli").
Hücumçular: Çe Adams ("Torino"), Lindon Dayks ("Çarlton Atletik"), Corc Hirst ("İpsviç Taun"), Lourens Şanklend ("Harts"), Ross Stüart ("Sauthempton").
Mediasport.com.az


