Dünya çempionatında daha bir yarımfinalçının adı məlum oldu
ABŞ, Meksika və Kanadanın təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, mundialda ikinci yarımfinalçı müəyyənləşib.
1/4 qarşılaşmasında Belçika millisinə qalib gələn İspaniya yığması mərhələni adlayan tərəf olub - 2:1.
Öncəki raundda - Portuqaliya ilə görüşdə olduğu kimi, bu dəfə də qələbə topunu son dəqiqələrdə meydana çıxan Mikel Merino vurub.
Xatırladaq ki, yarımfinala daha əvvəl Fransa futbolçuları vəsiqə qazanıblar.
Final yolunda bir cütdə məhz İspaniya və Fransa seçmələri üz-üzə gələcəklər.
Qalan iki vəsiqənin sahibi iyulun 12-də bilinəcək.
Dünya Kuboku iyulun 19-da yekunlaşacaq.


