Azərbaycan milli komandası FİFA reytinqində üç pillə irəlilədi
Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində üç pillə irəliləyib.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1145,18 xalla 124-cü pilləyə yüksəlib.
Xatırladaq ki, buna yığmamızın son iki oyunu imkan yaradıb.
Futbolçularımız UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub ediblər.
Dünya reytinqinə 2004,48 xalla İspaniya başçılıq edir. Argentina ikinci, Fransa üçüncüdür.

