Premyer Liqada yeni ilin ilk turunda “Sabah” – “Neftçi” derbisi olacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyun proqramı açıqlanıb.
"Mediasport" xəbər verir ki, 2027-ci ilin ilk turu yanvarın 22-də start götürəcək.
Qış fasiləsindən sonra start götürəcək tur 3 günü əhatə edəcək.
Azərbaycan Premyer Liqası. 17-ci tur
22 yanvar (cümə)
“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 16:00
“Kəpəz” – “Araz-Naxçıvan”
Gəncə şəhər stadionu, 19:00
23 yanvar (şənbə)
“Şamaxı” – “Zirə”
Şamaxı şəhər stadionu, 14:00
“Sabah” – “Neftçi”
“Sabah Arena”, 19:00
24 yanvar (bazar)
“Qarabağ” – “İmişli”
“Azersun Arena”, 15:00
“Turan Tovuz” – “Şəfa”
Tovuz şəhər stadionu, 17:30

