Daha bir milli komanda dünya çempionatında pley-offa yüksəldi
Futbol üzrə dünya çempionatında daha bir milli komanda pley-offa vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, bu uğura meydan sahiblərindən ABŞ yığması nail olub.
Maurisio Poçettinonun baş məşqçisi olduğu komanda D qrupunda ikinci görüşünü də qələbə ilə başa vurub.
Startda Paraqvaya 4:1 hesabı ilə qalib gələn amerikalılar ikinci turda Avstraliya futbolçularını məğlub ediblər - 2:0.
Xatırladaq ki, daha əvvəl digər ev sahibi Kanada yığması iki qələbə ilə pley-off vəsiqəsini təmin edib.


