DÇ-2026: "Qarabağ" və "Neftçi" üzvlərinin millisi Çexiyaya uduzdu

DÇ-2026: "Qarabağ" və "Neftçi" üzvlərinin millisi Çexiyaya uduzdu

DÇ-2026-nın Avropa zonası üzrə seçmə qrup mərhələsində 3-cü turun görüşləri start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 3 qrupda 6 qarşılaşma baş tutub.

Azərbaycan Premyer Liqasından "Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, "Neftçi"dən isə Edviç Kuçun formasını geyindiyi Monteneqro millisi səfərdə Çexiyaya məğlub olub.

Günün sensasiyası Norveçdə qeydə alınıb. "Vikinqlər" İtaliya yığmasını darmadağın ediblər.


DÇ-2026. Avropa zonası. Seçmə qrup mərhələsi. 3-cü tur


I qrupu

Norveç - İtaliya 3:0

Estoniya - İsrail 1:3


J qrupu

Şimali Makedoniya - Belçika 1:1

Uels - Lixtenşteyn 3:0


L qrupu

Çexiya - Monteneqro 2:0

Cəbəllütariq - Xorvatiya 0:7