Türkiyə milli komandası Paraqvaya da uduzaraq DÇ-2026 ilə vidalaşdı
Futbol üzrə Türkiyə milli komandası DÇ-2026-da növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki,"ay-ulduzlular" Paraqvayla qarşılaşmada da meydandan məğlubiyyətlə ayrılıblar (0:1).
Nəticədə, Vinçenso Montellanın baş məşqçisi olduğu komanda mundialda növbəti mərhələyə yüksəlmək şansını itirib.
Türkiyə yığmasının 3-cü turda ABŞ ilə keçirəcəyi oyun formal xarakter daşıyacaq.
24 ildən sonra dünya çempionatına vəsiqə qazanan Türkiyə milli komandası ilk turda Avstraliyaya da məğlub olub (0:2).
DÇ-2026. 2-ci tur
D qrupu
Türkiyə - Paraqvay 0:1
Xal durumu: ABŞ - 6 xal, Avstraliya - 3 xal, Paraqvay - 3 xal, Türkiyə - 0 xal


