Argentina millisi möhtəşəm geridönüşlə 1/4 finala yüksəldi
Futbol üzrə 23-cü dünya çempionatında 1/8 finalın növbəti matçı baş tutub.
"Mediasport" xəbər verir ki, mundialın son qalibi Argentina Misir yığması ilə üz-üzə gəlib.
Cənubi amerikalılar gərgin mübarizə şəraitində keçən matçda möhtəşəm geridönüş edərək 3:2 hesablı qələbə qazanıblar.
Buna qədər Fransa, Mərakeş, Norveç, İngiltərə, İspaniya, Belçika seçmələri 1/4 final mərhələsinə vəsiqəni təmin ediblər.
Xatırladaq ki, Dünya Kuboku iyulun 19-dək davam edəcək.


