Son dünya çempionu növbəti dəfə mundialda iştirak edəcək - RƏSMİ

Son dünya çempionu növbəti dəfə mundialda iştirak edəcək - RƏSMİ

Argentina milli komandasının DÇ-2026 üçün 26 nəfərlik yekun heyəti açıqlanıb.

Lionel Skaloninin baş məşqçisi olduğu komanda J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə üz-üzə gələcək.

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi 6-cı dəfə dördilliyin zirvə yarışında çempionluq uğrunda mübarizə aparacaq.

O, buna qədər 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında da çıxış edib.

Messi Qətərdə baş tutan mundialda dünya çempionu olub.

Xatırladaq ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.

Qapçılar: Emiliano Martines ("Aston Villa"), Xuan Musso ("Atletiko Madrid"), Xeronimo Rulli ("Marsel");

Müdafiəçilər: Nauel Molina ("Atletiko Madrid"), Qonsalo Montyel ("River Pleyt"), Kristian Romero ("Tottenhem"), Loenardo Balyerdi ("Marsel"), Lisandro Martines ("Mançester Yunayted"), Nikolas Otamendi ("Benfika"), Nikolas Talyafiko ("Lion"), Fakundo Medina ("Lans", Fransa);

Yarımmüdafiəçilər: Leandro Paredes ("Boka Xuniors"), Covanni Lo Çelso ("Betis"), Rodriqo de Paul ("İnter Mayami"), Tyaqo Almada ("Atletiko"), Esekiel Palasios ("Bayer"), Nikolas Qonsales ("Yuventus"), Niko Pas ("Komo"), Aleksis Mak Allister ("Liverpul"), Entso Fernandes ("Çelsi"), Valentin Barko ("Strasburq");

Hücumçular: Xulian Alvares ("Atletiko"), Lionel Messi ("İnter Mayami"), Lautaro Martines ("İnter"), Xose Manuel Lopes ("Palmeyras"), Culiano Simeone ("Atletiko").

Mediasport.com.az