DÇ-2026: Daha dörd oyunun ən yaxşı futbolçusu müəyyənləşdi

DÇ-2026: Daha dörd oyunun ən yaxşı futbolçusu müəyyənləşdi

Dünya çempionatının B, C və D qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Qətər - İsveçrə matçında (1:1) bu ada Asiya təmsilçisinin qapıçısı Mahmud Abunada layiq görülüb.

Braziliya - Mərakeş duelində (1:1) Vinisius Junior seçilib.

Haiti - Şotlandiya görüşündə (0:1) vurulan yeganə qolun müəllifi Con Makginn qalib olub.

Avstraliya - Türkiyə matçında (2:0) isə Nestori İrankunda ən yaxşı elan edilib.