Azərbaycan çempionatlarında yeni mövsümün ilk turunun püşkü atıldı

  Azərbaycan çempionatlarında yeni mövsümün ilk turunun püşkü atıldı

Bu gün Yüksək və Birinci liqalarda 2025-26-cı illər mövsümünün püşkü atılıb.

"Mediasport" xəbər verir ki, əvvəlcədən də xəbər verdiyimiz kimi, Yüksək Liqada 6 komanda yarışacaq.

Onlardan "Lənkəran" MFK debütantdır. Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq.

Ən çox xal toplayan komanda çempion elan olunacaq və növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

Yeni mövsümdə Yüksək Liqada legionerlərlə bağlı limiti tətbiq olmayacaq.

Komandalar iştirak ərizəsinə və oyunun protokoluna icazə verilən sayda əcnəbi futzalçının adını daxil edə biləcəklər.

İlk turda ötən çempionatın qızıl və gümüş medalçıları üz-üzə gələcək.

Birinci Liqada 10 komanda iştirak edəcək. Bir dövrədən ibarət olacaq dairəvi sistemin sonunda ilk "4-lük"də qərarlaşan kollektivlər pley-offa yüksələcək.

1-ci yerin sahibi 4-cü, 2-ci yerin sahibi isə 3-cü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. Yüksək Liqadan fərqli olaraq aşağı liqada legionerlərlə bağlı limiti tətbiq ediləcək.

Komandalar 4 həvəskar statuslu əcnəbini sifariş edə və oynada biləcəklər. Yüksək Liqaya sentyabrın 18-də, Birinci Liqaya oktyabrın 9-da start veriləcək.

Yüksək Liqa. 1-ci tur

18 sentyabr

U-19 - "Şuşa"

"Neftçi" İK - "Lənkəran"

"Baku Fire" - "Araz-Naxçıvan"

Birinci Liqa. 1-ci tur

9 oktyabr

"Baku Fire-2" - "STAR Kargo"

"Atletiko Baku" - "Ulduz"

"Xan-Lənkəran" - "Trabzon-Azərbaycan"

"Dəstə Ordubad" - PFL

"Yeni Suraxanı" - "Timsport"