İntizam Komitəsinin Berdıyevə verdiyi cəza qüvvədə saxlanıldı

Premyer Liqanın 30-cu turunun "Sabah"la görüşündə qırmızı vərəqə alan “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevlə bağlı cəza qüvvədə saxlanılıb.
"Mediasport" xəbər verir ki, Tovuz təmsilçisinin apellyasiya şikayəti təmin edilməyib.
Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin aprelin 16-da mütəxəssislə bağlı çıxardığı qərarla bağlı etiraza müsbət cavab verməyib.
Mütəxəssis qarşılaşmanın 19-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. 3 ay sınaq müddəti təyin edilib.
Həmçinin, klubu 4000 manat cərimə olunub.