"Qarabağ" "Atletik"lə oyuna görə azarkeşlərə müraciət ünvanladı

"Qarabağ" "Atletik"lə oyuna görə azarkeşlərə müraciət ünvanladı

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda İspaniyada "Atletik"ə qarşı keçirəcəyi oyun üçün azarkeşlərə müraciət edib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlərin səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklərini açıqlayıb.

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında bildiriləcək.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.