Dubl müəllifləri mükafatlandırıldılar
Dünya çempionatının pley-off mərhələsinin oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, İngiltərə - Konqo Demokratik Respublikası matçında (2:1) bu ada dubl edən Harri Keyn layiq görülüb.
Belçika - Seneqal duelində (3:2) komandasının 2 qolunun müəllifi olan Yuri Tilemans seçilib.
ABŞ - Bosniya və Herseqovina görüşündə (2:0) Malik Tillman oyunun ən yaxşısı adına sahib çıxıb.


