Daha bir milli komanda dünya çempionatına vəsiqəni təmin etdi

 Daha bir milli komanda dünya çempionatına vəsiqəni təmin etdi

Daha bir milli komanda 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, ilk dəfə 48 ölkənin iştirakı ilə təşkil ediləcək mundialın əsas mərhələsinə Afrika zonası üzrə seçmələrdə inamlı çıxış edən Misir yığması da qatılacaq.

Hossam Həsənin baş məşqçisi olduğu komanda bu hüquqa Cibutini səfərdə məğlub edərək (3:0) yiyələnib.

Beləliklə, Misir futbolçuları tarixlərində dördüncü dəfə DÇ-nin final mərhələsində iştirak edəcəklər.

Xatırladaq ki, daha əvvəl ev sahibləri (Meksika, ABŞ, Kanada) ilə yanaşı, Braziliya, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Mərakeş və Tunis milliləri də DÇ-2026-nın əsas raunduna vəsiqə əldə ediblər.