Dünya çempionatının pley-off mərhələlərinin püşkü atıldı

Dünya çempionatının pley-off mərhələlərinin püşkü atıldı

Gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, tədbir FİFA-nın İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahında keçirilib.

Birinci səbətdə yer alan Türkiyə milli komandası yarımfinalda Rumıniya ilə qarşılaşacaq. "Ay-ulduzlular" bu səddi keçsələr, finalda Slovakiya - Kosovo cütün güclüsü ilə üz-üzə gələcəklər.

Avropa zonası üzrə 4 lisenziya uğrunda 16 yığma arasında gərgin mübarizələr reallaşacaq.

Pley-off yarımfinal və finaldan ibarət olacaq. Hər qrupun qalibi DÇ-2026-da iştirak imkanı əldə edəcək.

Bir matçdan ibarət olacaq yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə martın 31-də oynanılacaq.

Qitələrarası pley-off görüşləri isə 2026-cı ilin martında yalnız Meksikanın Qvadalaxara və Monterrey şəhərlərində keçiriləcək.

Xatırladaq ki, tarixdə ilk dəfə mundial 48 milli komandanın iştirakı ilə təşkil olunacaq.

Hələlik ev sahibləri - ABŞ, Meksika, Kanada ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsinə yüksəliblər.

Mundial 11 iyun - 19 iyul tarixlərində baş tutacaq.


DÇ-2026. Avropa zonası. Pley-off mərhələsi


A yolu

İtaliya - Şimali İrlandiya

Uels - Bosniya və Herseqovina

B yolu

Ukrayna - İsveç

Polşa - Albaniya

C yolu

Türkiyə - Rumıniya

Slovakiya - Kosovo

D yolu

Danimarka - Şimali Makedoniya

Çexiya - İrlandiya


DÇ-2026. Qitələrarası zona. Pley-off mərhələsi


Yarımfinal

Yeni Kaledoniya – Yamayka

Boliviya - Surinam


Final

Konqo Demokratik Respublikası - Yeni Kaledoniya / Yamayka cütünün qalibi

İraq - Boliviya / Surinam cütünün qalibi