Niderland yığması 32 ildir dünya çempionatında uduzmur
Niderland milli komandası dünya çempionatlarının qrup mərhələsində 1994-cü ildən bu yana uduzmayıb.
"Mediasport" xəbər verir ki, "narıncılar" bu uğurlu seriyanı dünən İsveçə qarşı oyunda da (5:1) davam etdiriblər.
Niderlandın qrup mərhələsindəki son məğlubiyyəti ABŞ-də keçirilən DÇ-1994-də qeydə alınıb (Niderland - Belçika 0:1).
Həmin turnirdə yığma komanda 1/4 finalda Braziliyaya uduzaraq (2:3) turnirlə vidalaşmışdı.
Beləliklə, Niderland Dünya Kubokunun qrup mərhələsində 32 ildən çoxdur uduzmur.
Niderlandın DÇ-1994-dən sonra dünya çempionatlarında çıxışı
DÇ-1998: Komanda yarımfinala yüksəlib, üçüncülük oyununda Xorvatiyaya uduzub
DÇ-2006: 1/8 finalda Portuqaliyaya məğlub olub
DÇ-2010: finala qədər irəliləyib və həlledici oyunda İspaniyaya 0:1 məğlub olub
DÇ-2014: yarımfinalda Argentinaya penaltilər seriyasında uduzub
DÇ-2022: 1/4 finalda Argentina ilə qarşılaşıb və penaltilər seriyasında mübarizəni dayandırıb


