"Böyük Dəbilqə": Monqolustanda ölkəmizi üç cüdoçu təmsil edəcək

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunacaq "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, 25-27 iyul aralığında təşkil olunacaq yarışda 3 idmançımız mübarizə aparacaq.
Komandamıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.
Turnirdə 2 çəki dərəcəsində 3 cüdoçumuz - Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Elşən Əsədov (66 kq) yarışacaq.
Beynəlxalq Cüdo Federasiyası tərəfindən təşkil olunan Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
"Böyük Dəbilqə"də 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) gücünü sınayacaq.