Azərbaycanın yeni dünya çempionu təəssüratlarını bölüşdü

Azərbaycanın yeni dünya çempionu təəssüratlarını bölüşdü

"Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur. 60 kiloqramda Azərbaycandan heç kim dünya çempionu olmamışdı. Çox xoşbəxtəm ki, birinci mən oldum".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin cüdoçusu Əhməd Yusifov deyib.

Bakıda start götürən dünya çempionatında qızıl medal qazanan idmançı final görüşünü və qələbə təəssüratlarını bölüşüb:

"Final istədiyim kimi başlamamışdı, ancaq sonradan özümü toparladım. Öz fəndimi tətbiq etdim və dünya çempionu oldum.

Səhər çempion olacağımı düşünürdüm. Getdikcə gördüm ki, bu gün özümü çox yaxşı hiss edirəm.

Gün məndən yana idi. Mən də bunu dəyərləndirərək dünya çempionu oldum. Növbəti hədəfim Olimpiya çempionluğudur".

Qeyd edək ki, Yusifov həlledici dueldə qazaxıstanlı Şerzod Davlatovu məğlub edərək dünya çempionu olub.