Bu gün dünya çempionatında 3 cüdoçumuz mübarizəyə qoşulacaq

 Bu gün dünya çempionatında 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Ekvadorda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 təmsilçisi iki çəki dərəcəsində mübarizə aparacaq.

İlkin Qarayev (66 kq), Yusuf Nəzər və Sadiq Məmmədov (hər ikisi 73 kq) xalça üzərinə çıxacaq.

Xatırladaq ki, ilk gündə Fərid Rzazadə (50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Yarış avqustun 23-dək davam edəcək.