Dünya Səhiyyə Günü qeyd olundu

Dünya Səhiyyə Günü qeyd olundu

7 aprel — Dünya Səhiyyə Günü münasibətilə Azərbaycan Premyer Liqasının 26-cı turunun “Araz Naxçıvan” – “Sabah” oyunundan əvvəl sosial təşəbbüs həyata keçirilib.

"Mediasport" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində reallaşan tədbir münasibətilə komandaların futbolçuları meydana daun sindromlu uşaqlarla birlikdə çıxıblar.

Aksiyanın əsas məqsədi inklüziv cəmiyyətin təşviqi, hər bir fərdin cəmiyyət üçün özünəməxsus yerə sahib olması, eyni zamanda futbolun hər kəs üçün əlçatanlığının nümayiş etdirilməsi olub.

Beləliklə, futbolun sadəcə oyundan ibarət olmadığı, həm də mühüm sosial dəyərləri aşılamaq üçün güclü bir platforma rolunu oynadığı bir daha diqqətə çatdırılıb.