Premyer Liqada 2026-cı ilin ilk turunun matç saatları açıqlandı
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlanma tarixlərini açıqlayıb.
"Mediasport" xəbər verir ki, 17-ci tur yanvarın 23-də start götürəcək.
Tur 3 günü əhatə edəcək.
Azərbaycan Premyer Liqası. 17-ci tur
23 yanvar
14:30. "İmişli" - "Araz-Naxçıvan"
Quba Olimpiya İdman Kompleksinin stadionu
19:00. "Neftçi" - "Zirə"
"Palms Sports Arena"
24 yanvar
14:00. "Şamaxı" - "Qəbələ"
Şamaxı şəhər stadionu
16:30. "Qarabağ" - "Kəpəz"
"Azərsun Arena"
25 yanvar
16:00. "Turan Tovuz" - "Sumqayıt"
Tovuz şəhər stadionu
18:30. "Sabah" - "Karvan-Yevlax"
"Bank Respublika Arena"
