"Üç ildən sonra milliyə qayıtdım, burada olduğuma görə sevinirəm"

"Üç ildən sonra milliyə qayıtdım, burada olduğuma görə sevinirəm"

"Üç il sonra milliyə qayıtdım. Ayxan Abbasova və digər məşqçilərə təşəkkür edirəm. Burada olduğuma görə çox sevinirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib.

Qolkiper Malta ilə baş tutacaq yoldaş görüşündən öncə keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Bizi maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik. Artıq dörd gündür Avstriyadayıq. Millidə ailə atmosferinin olduğu hiss olunur".

Təcrübəli qolkiper daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Şahruddin Məhəmmədəliyevlə rəqabət üçün darıxmışdın?

- Təbii ki, darıxmışdım. Karyeramda başqa qapıçılarla da rəqabətim olub. Amma Şahruddinlə rəqabət tamamilə başqadır. Mövqeyimiz eyni olsa da, həmişə bir-birimizi dəstəkləmişik. "Qarabağ"da Şahruddin əsas heyət oyunçusu olanda millidə mən oynayırdım. "Qarabağ"da mən Şahruddinə, millidə o mənə dəstək olurdu. Biz bir-birimizə qarşı çox sağlam, dostca rəqabət aparmışıq.

Rza Cəfərovla rəqabət necədir?

- Rza icarə əsasında "Qəbələ"də idi. Artıq onun icarə dönəmi başa çatıb. Onunla "Neftçi"dəki rəqabəti də gələcəkdə görərik.