AFFA əyalət klubuna "yox" dedi, Apellyasiya Komitəsi "ok" verdi
AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, iclasda "Ağdaş" tərəfindən daxil olmuş apellyasiya müraciətinə ("Ağdaş"a Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, 2-ci Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı) və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.
Müzakirələrdən sonra "Ağdaş"a 2026/2027-ci il mövsümündə 2-ci Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilib.
Maraqlıdır ki, AFFA-nın Lisenziyalaşdırma şöbəsi bir neçə gün əvvəl açıqladığı siyahıda əyalət təmsilçisinin iştirakına müsbət cavab verməmişdi.


