"Sabah Fransa ilə oyunda nəticə qazana biləcəyimizə inanırıq"

"Sabah Fransa ilə oyunda nəticə qazana biləcəyimizə inanırıq"

"Bildiyiniz kimi, sonuncu ev oyunumuzdur. Fransa millisi güclü rəqibdir. Amma oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcəyik. Nəticə qazana biləcəyimizə də inanırıq".

"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Elvin Bədəlov deyib.

"Neftçi"nin müdafiəçisi sabah DÇ-2026-nın seçmə qrup mərhələsinin son turu çərçivəsində Bakıda keçiriləcək Fransa ilə matç haqda düşüncələrini bölüşüb:

"Kilian Mbappenin olmamasına görə inanmıram ki, oyuna maraq az olsun. Bildiyim qədərilə stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsun.

Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Komanda olaraq onlara qarşı hazırlaşmışıq.

Məncə, Mbappesiz daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik".

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:00-da start götürəcək.