Gəncə klubu braziliyalı baş məşqçi ilə 1 illik müqavilə bağladı

“Gəncə” voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, komandanı braziliyalı Rafael Petri çalışdıracaq.
Cənubi amerikalı mütəxəssislə bir mövsümlük müqavilə imzalanıb.
44 yaşlı çalışdırıcı 2023/2024-cü il mövsümündə Peru təmsilçisi “Alyans Lima"ya 31 ildən sonra ölkə çempionluğunu qazandırıb.
Rafael Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublara başçılıq edib.
O, Kolumbiyanın U-17, U-18 və U-20 yığmalarının, 2020–2022-ci illərdə isə Meksika milli komandasının baş məşqçisi olub.