Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

 Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunlarının bağlanış mərasimi keçirilib.

"Mediasport"xəbər verir ki, tədbir Gəncə şəhər stadionunda təşkil olunub.

Bədii hissənin arından yarışlar haqqında ümumi videoçarx nümayiş etdirilib.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışların uğurla başa çatdığını bildirib. O, deyib ki, on bir gün ərzində III Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib

Ardınca III MDB Oyunlarının bayrağı endirilib. Sonra Dövlət Himni səsləndirilib.

Tədbir bədii hissə davam edib.

Xatırladaq ki, Azərbaycan Oyunları 33-ü qızıl, 56-sı gümüş, 95-i bürünc olmaqla, ümumilikdə, 184 medalla başa vurub.