Azərbaycan iki qadın güləşçisi bu gün DÇ-də final görüşünə çıxacaq
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, 4-cü yarış günündə Azərbaycanın 2 qadın güləşçisi finala vəsiqə qazanıb.
Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) bütün rəqiblərinə qalib gələrək azı gümüş medalı təmin edib.
Təmsilçilərimiz bu gün çempionluq görüşlərinə çıxacaqlar.
Finallar Bakı vaxtilə saat 20:00-da start götürəcək.


