Tofiq Musayevin UFC-də ikinci görüşünün vaxtı açıqlandı

Tofiq Musayevin UFC-də ikinci görüşünün vaxtı açıqlandı

Azərbaycanın qaydasız döyüşçüsü Tofiq Musayevin UFC-də ikinci görüşündə rəqibinin adı və yarışın vaxtı açıqlanıb.

"Mediasprot" xəbər verir ki, 36 yaşlı idmançı braziliyalı Samuel Sançeslə qarşılaşacaq.

Aprelin 5-də ABŞ-də keçiriləcək döyüş "UFC Vegas 115" turniri çərçivəsində baş tutacaq.

Xatırladaq ki, MMA-da dəfərləl çempion olmuş Musayevin UFC-də debütü ötən il Bakıda keçirilən "UFC Fight Night" turnirinə təsadüf etmişdi.

O, qırğızıstanlı Miktıbek Orolbaya məğlub olmuşdu.