Sərbəst güləşçilərimiz Avropa çempionatında 7 medal qazandı

 Sərbəst güləşçilərimiz Avropa çempionatında 7 medal qazandı

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatında sərbəst güləşçilərin yarışı baş tutub.

"Mediasport" xəbər verir ki, Azərbaycan yığması qitə birinciliyində 7 medal qazanıb.

Komandamızın üzvləri 2 qızıl, 4 gümüş və 1 bürünc medal əldə ediblər.


U15 Avropa çempionatı. Sərbəst güləş


38 kq

Cavanşir Süleymanov finalda rusiyalı Abdulla Almazova (UWW) məğlub olaraq gümüş mükafat qazanıb.

41 kq

Hüseyn Rzazadə həlledici görüşdə rusiyalı Nikita Kondraşova (UWW) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

44 kq

İbrahim Həsənov finalda rusiyalı Kirill Kondraşova (UWW) uduzaraq 2-ci yeri tutub.

48 kq

Əkbər Əsgərov qızıl medal uğrunda rusiyalı Amir Daurovla (UWW) yarışıb. Təmsilçimiz 4:5 hesabı ilə məğlub olub.

Tunar Sultanzadə bürünc medal uğrunda görüşdə Demetre Mortuladze ilə güləşib və 4:5 hesabı ilə uduzub.

57 kq

Elcan Həsənov bürünc medal uğrunda Viktor Kara ilə güləşib. Güləşçimiz 4:7 hesabı ilə uduzub.

Muraz Hüseynov bürünc uğrunda mübarizə aparıb. O, rusiyalı Abdul İsayevə (UWW) 0:10 hesabı ilə məğlub olub.

62 kq

Məhəmməd Həsənli finalda rumıniyalı İstvan Naqi ilə güləşib. Görüş 2:2 hesabı ilə yekunlaşsa da, rəqib sonuncu xal sayəsində qalib elan olunub.

68 kq

Xəyal Şükürlü 3-cü yer uğrunda görüşdə Şahen Martirosyanla qarşılaşıb. 7:4 hesabı ilə gücü olan güləşçimiz bürünc qazanıb.

85 kq

Elgün Kərimli finalda gürcüstanlı Mate Oniani ilə güləşib. 11:9 hesabı ilə qalib gələn Elgün Avropa çempionu tituluna yiyələnib.