"Şəmkir"də baş məşqçi təyinatı

  "Şəmkir"də baş məşqçi təyinatı

Azərbaycan 2-ci Liqa təmsilçisi "Şəmkir" klubunda məşqçi təyinatı gerçəkləşib.

"Mediasport" xəbər verir ki, Rüfət Quliyev köməkçi məşqçi təyin edilib.

Quliyev futbolçu kimi Azərbaycan millisinin, "Qarabağ"ın, "Turan"ın, "Şəfa"nın formasını geyinib.

O, İranın "İstiqlal" klubunun heyətində Asiya Çempionlar Liqası və Kuboklar Kuboku yarışlarında iki dəfə bürünc medal qazanıb.

Rüfət Quliyev məşqçi kimi "Ağsu", "Araz Saatlı" və "Bilis" (Albaniya) komandalarında çalışıb.