Milli komandamızdan seçmə mərhələlərdə yeni rekord

Milli komandamızdan seçmə mərhələlərdə yeni rekord

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində rekord göstəriciyə imza atıb.

"Mediasport" xəbər verir ki, yığma buna qrupda 10 xal qazanmaqla nail olub.

Son matçda Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası üzərində 3:0 hesablı qələbə qazanan kollektiv indiyədək heç vaxt seçmə mərhələlərdə 9 xaldan çox toplamamışdı.

Xatırladaq ki, U-21 cari tskildə B qrupunda 10 xalla 5-ci yeri tutub.