"Hesab edirəm ki, Azərbaycanı seçməklə doğru qərar vermişəm"

"Hesab edirəm ki, Azərbaycanı seçməklə doğru qərar vermişəm"

"Azərbaycan həm texniki, həm də taktiki cəhətdən ən keyfiyyətli komandalar gördüyüm ölkədir.

"Mediasport" xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Eduardo Kunde deyib.

Braziliyalı mərkəz müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan karyerasından danışıb:

"Azərbaycan Premyer Liqası çox yaxşı, həm də yaxşı təşkil olunmuş liqadır. Komandalar topa sahib olmağa və sürətli hücumlara üstünlük verirlər. Çempionat məni həqiqətən təəccübləndirdi. Hesab edirəm ki, “Qəbələ”ni, Azərbaycanı seçməklə doğru qərar vermişəm".

"Sambaçı" qış fasiləsindən sonra komandasının daha uğurlu çıxış edəcəyinə inandığını bildirib:

"Qəbələ” hazırda çempionatda sonuncudan ikinci yerdə olsa da, fikrimcə, mövsümün ikinci hissəsində vəziyyəti yaxşılaşdıra biləcəyik. Azərbaycan Kubokunda iki mərhələ keçib 1/8 finala vəsiqə qazanmışıq. Məqsədimiz titul uğrunda mübarizə aparmaqdır".

Xatırladaq ki, Kunde yaydan formasını geyindiyi "Qəbələ"nin heyətində 13 oyun keçirib.