Berezutski: "Qarabağ" kimi rəqiblə matçda heç-heçədən razıyam"

Berezutski: "Qarabağ" kimi rəqiblə matçda heç-heçədən razıyam"

"Sabah" Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ"la bərabərə qalıb.

"Mediasport" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski 1:1 hesablı heç-heçəni şərh edib.

Rusiyalı mütəxəssis oyunun çox maraqlı keçdiyini deyib:

- Hava şəraiti kəskin olsa da, hər iki tərəf qarşılıqlı hücumlar edirdi. "Qarabağ"ın da, sonlarda bizim də fürsətlərimiz oldu. Onları vursaydıq, qalib gələrdik. "Qarabağ" kimi rəqiblə matçda heç-heçədən razıyam.

Hücum mövqeyində oynayan oyunçularınız sanki epizodlar zamanı konsentrasiyalı deyildi. Səbəbi nədir?

- Məşqlərdə bizim qədər hücumu sonlandırmasını işləyən komanda yoxdur. İnanıram ki, keyfiyyətə gətirib çıxaracağıq. Komandamın müdafiədən topla çıxmasından narazı qaldım. Qısa paslar zamanı itkilərimiz oldu.

Burada futbolçu kimi oynamısınız, indi isə baş məşqçi kimi komandanızı oyuna çıxardınız. Hansı hissləri keçirdiniz?

- Bura gəlməmişdən qabaq analitiklə danışdıq ki, burada oynamışam, ya yox. Yadımda qalan odur ki, "Neftçi" - ÇSKA matçında ehtiyatda oturmuşdum. Azərbyacan - Rusiya matçı yadımdadır. Mənim üçün xoş hisslərdir. Əfsanəvi Tofiq Bəhramovun adını daşıyan stadionda oynamaq, baş məşqçi kimi matça çıxmaq xoşdur.

ÇSKA-da işləyəndə Kadi Borges "Krasnodar"a qarşı oynayıb. Onun haqqında hansı fikirdəsiniz?

- Kadi çox keyfiyyətli oyunçudur. Rusiya Premyer Liqasında ən azından 10 komandanın heyətində start heyətində oynaya bilər.