Həsrət Cəfərov İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazandı
Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıblar.
"Mediasport" xəbər verir ki, ilk gündə təmsilçilərimizdən Həsrət Cəfərov finala vəsiqə qazanıb.
67 kq çəki dərəcəsində yarışan idmançımız yarımfinalda misirli Mohamed Abdelrehimə qalib gəlib (4:1).
Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə (0:3), Ülvü Qənizadə (77 kq) 1/8 finalda iranlı Amir Abdiyə (0:9), İslam Abbasov (87 kq) isə 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə uduzub (0:3).
Qənizadənin rəqibi finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə qatılacaq.
İslamiada noyabrın 21-də yekunlaşacaq.
