Azərbaycan çempionatları Gəncə İdman Sarayında keçiriləcək

 Azərbaycan çempionatları Gəncə İdman Sarayında keçiriləcək

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək.

Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Gəncə İdman Sarayında keçiriləcək festival çərçivəsində fevralın 3-7-də yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı, növbəti gün qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı təşkil olunacaq.

11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun keçiriləcək.

Görüşləri yerli hakimlərlə yanaşı, xaricdən dəvət edilmiş ən ali (I-S) kateqoriyalı referilər idarə edəcək.

Çempionatlarda ilk "üçlük"də yer alan idmançılar müvafiq milli komandaların tərkibini formalaşdıracaqlar.

Qeyd edək ki, U-20 Azərbaycan çempionatının açılış mərasimi fevralın 3-də, U-17 yaş qrupunda isə fevralın 9-da olacaq.

Gəncə İdman Sarayı ötən il güləş üzrə U-15 ölkə birinciliyinə də ev sahibliyi edib.