"UFC Fight Night" turnirinin biletlərinin qiymətləri açıqlandı
Bakıda keçiriləcək UFC turnirinin biletlərinin qiyməti açıqlanıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq, 50 AZN-dən 2200 AZN-ə qədər dəyişir.
Biletləri "iTicket" vasitəsilə əldə etmək mümkündür.
Xatırladaq ki, 27 iyun, saat 17:00-da başlayacaq yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.
