Rafael Fiziyev Castin Qetjiyə bu dəfə də məğlub oldu - VİDEO

Rafael Fiziyev Castin Qetjiyə bu dəfə də məğlub oldu - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyevin "UFC 313" turniri çərçivəsində Castin Qetji ilə dueli baş tutub.

"Mediasport" xəbər verir ki, həmyerlimiz rəqibindən revanş ala bilməyib.

Fiziyev ABŞ-nin Las Veqas şəhərində keçirilən turnirin əsas döyüşündə amerikalı rəqibinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, azərbaycanlı idmançı bu rəqibi ilə 2023-cü ilin martında oktaqonda qarşılaşıb və üç raunddan sonra hakimlərin yekdil qərarı ilə Qetji qələbə qazanmışdı.