"Qarabağ" forması geyinən məşhur amerikalı və "Ты кто такой, давай, до свидания"

"Qarabağ" forması geyinən məşhur amerikalı və "Ты кто такой, давай, до свидания"

Ötən həftədən Bakıda olan məşhur amerikalı UFC döyüşçüsü Xəlil Rauntri Bakı küçələrində görüntülənib.

"Mediasport" xəbər verir ki, ağır çəkili çempion "Qarabağ" forması geyinməsilə diqqətləri çəkib.

Pərəstişkarları ona yaxınlaşaraq şəkil çəkdiriblər.

Boksçu gəzinti ilə bağlı sosial şəbəkə hesabında müxtəlif paylaşımlar edib.

İyunun 21-də Bakıda Kristal Zalında keçiriləcək UFC gecəsinin əsas duelində Camal Hillə qarşılaşacaq Rauntri maraqlı açıqlaması ilə də gündəmi zəbt edib.

O, döyüşə İntiqam və Ehtiram Rüstəmov qardaşlarının ifası ilə məşhurlaşmış "Ты кто такой, давай, до свидания" meyxanasının sədaları altında çıxacağını bildirib.