Musayevin UFC-də növbəti rəqibi və döyüşünün tarixi dəqiqləşdi
MMA döyüşçüsü Tofiq Musayevin UFC-dəki növbəti döyüşündə rəqibi və tarix dəqiqləşib.
"Mediasport" xəbər verir ki, görüş aprelin 4-də ABŞ-nin Las Veqas şəhərindəki "UFC Apex" arenasında baş tutacaq.
37 yaşlı idmançının rəqibi braziliyalı Samuel Sançes olacaq.
Xatırladaq ki, Musayev UFC-də ötən il debüt edib.
UFC ilə 4 döyüşlük müqavilə bağlamış idmançı Bakıda reallaşan "Fight Night"da qırğızıstanlı Mıktıbek Oralbaya məğlub olub.
