İngiltərə Premyer Liqasının hakimi "Qarabağ" üçün Bakıya gələcək
UEFA Avropa Konfrans Liqasında mübarizə aparacaq “Qarabağ”ın III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) klubuna qarşı keçirəcəyi cavab oyununum hakimləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qarşılaşmanı İngiltərənin tanınmış hakimləri idarə edəcəklər.
Görüşdə əsas söz sahibi Stüart Attvell olacaq. Yan xətlərdə Yan Hussin və Nik Qrinhalq işləyəcək.
Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks, AVAR-da Ceyms Bell əyləşəcək.
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq.
Komandalar arasında ilk duel avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək.


