İntizam Komitəsi "Qarabağ"ı azarkeşlərinə görə cərimə etdi

AFFA İntizam Komitsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, Premyer Liqa təmsilçilərindən "Qarabağ", "Sabah", "Kəpəz" və "Səbail" cərimələnib.
"Sabah" "Qarabağ"la görüş bitdikdən sonra meydana kənar şəxsin çıxması səbəbindən 800, Ağdam təmsilçisi isə fanatları pirotexniki vasitədən istifadə etdiklərinə görə 1500 manat cərimə olunub.
Gəncə təmsilçisi "Zirə" ilə XXXII turun oyununda azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə (bu hal üçüncü dəfə yaşandığı üçün) 1000 manat ziyana düşüb.
"Səbail" isə "Araz-Naxçıvan"la matçda 4 oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.