"Qarabağ"lı günlərini xatırladı: "Bilirsiz, ən çox nəyi xatırlayıram?"

2017-2019-cu illərdə “Qarabağ”da oynamış Yakub Jezniçak Ağdam klubuna keçidini xatırlayıb.
"Mediasport" xəbər verir ki, Polşa milli komandasının sabiq müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Karyerasını vətənində "Stal"da (Krasnik) davam etdirən 39 yaşlı futbolçu Azərbaycanda insanları çox sevdiyini dilə gətirib:
"Düz 8 il əvvəl "Qarabağ” futbol klubu ilə müqavilə bağladım. Həqiqətən də gözəl iki il oldu! İnkişaf və Çempionlar Liqasında, daha sonra isə Avropa Liqasında iştirak! İki Azərbaycan çempionatı və bir ölkə kuboku!
Amma bilirsiz, mən ən çox nəyi xatırlayıram? İnsanları! İstər futbolda, istərsə də şəxsi həyatımda orada tanış olduğum insanları çox sevdim. Onların bir çoxu ilə indi də əlaqə saxlayıram.
Təşəkkürlər, Bakı və “Qarabağ”! Qəlbimdə həmişə xüsusi yer tutacaqsan!"
Qeyd edək ki, Jezniçak "Qarabağ"ın heyətində 25 oyun keçirib, 1 qol vurub. O, 2017/2018 və 2018/2019-cu illərdə Azərbaycan çempionu olub.